Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Susuzluq təhlükəli xəstəliyə zəmin yaradır

İnsan orqanizminin 60 faizi sudan ibarətdir.

Orqanizmin uzun müddət susuz qalması orqanların normal fəaliyyətinə təhlükə yarada bilər.
Din.az Sputnik.az-a istinadən bildirir ki, orqanizmdə bir faiz su itkisi zamanı beyinin fəaliyyəti 5 faiz geriləyir.

Anadolu agentliyi xəbər verir ki, su itkisi 2 faizə yüksələrsə, qısa müddət ərzində yaddaş zəifləyir və yeni öyrənilənlər tezliklə unudulur. Diqqətin toplanması çətinləşir, riyazi məsələlərin həllində problemlər yaranır. Su itkisinin uzun müddət davam etməsi isə Altsheymer xəstəliyinə zəmin yaradır.

İnsan orqanizminin 60 faizi sudan ibarətdir. Bu miqdarın üçdəikisi hüceyrələrdə toplanıb. Beyin, qaraciyər, böyrək və ürək kimi orqanların 65-80 faizi sudan ibarətdir. Sümüklərdə olan suyun miqdarı sümük çəkisinin 30 faizi qədərdir. Buna görə də orqanizmin uzun müddət susuz qalması orqanların normal fəaliyyətinə təhlükə yarada bilər.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az