Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

SURİYADAKI DRAMIN SON SİMVOLU – FOTOLAR

Hələbdən çox maraqlı fotoşəkillər…

Suriyada yaşanan insanlıq dramının son simvolu Hələbdən gələn yeni şəkillər olub.

“Din.az” xəbər verir ki, AFP müxbiri Jozeph Eidin çəkdiyi fotolar müharibə dəhşətlərini göz önünə gətirib. Əsas obraz olan 70 yaşlı Məhəmməd Muhiddin Anisin hekayəsi bir ölkənin məhv olunma prosesini anladıb.

Qoca kişi bombaların altında xarabalığa dönən evində hələ də hüzur içərisində musiqi dinləməyə çalışır. Dünya mediası bu “Pionist filminin unudulmas səhnəsi deyil, Hələbdə gerçək bir həyatdır” başlığı ilə nəşr edib. O, şəhərin üsyançı olaraq bilinən El-Shaar qəsəbəsində yaşayır.

Klassik avtomobil kolleksiyaçısıdır. 1950-ci illərdən amerikan avtomobillərini bir araya toplamağa başlayıb. 1949-cu ildə istehsal olunmuş “Hudson Commodor ” modeli xarabaya dönmüş evinin önündə dağıdılmış vəziyyətdə dayanır.

Ölkədə yaşanan vətəndaş müharibəsi artıq 6 ildir ki, davam edir. İki hissəyə bölünmüş ölkədə Suriya müxalifət ordusu və Əsəd höküməti qarşı-qarşıya mübarizə aparır.

Ötən aylarda Əsəd höküməti və Rusiya qarşısında məğlub olan müxalifətçilər Hələbdən geri çəkiliblər. Şiddətli hadisələrin səngiməsi ilə insanlıq dramı daha aydın şəkildə görülüb.

Məhəmməd Muhiddin Anis 70-ci illərdə İspaniyada tibb təhsili alıb. Daha sonra Torino şəhərində məskunlaşan yaşlı adam “Fiat” şirkəti üçün ərəbcədən tərcüməçi olaraq çalışıb. Suriyaya döndükdən sonra burada “Mila Robinson” adlı kosmetik şirkət yaradıb.

Ən böyük hobbisi atasından ona qalan klassik avtomobillərdir. Müharibə zamanı onun 30 avtomobildən ibarət kolleksiyasına daxil olan modellərdən bəzilərinə böyük zərər dəyib, bəziləri isə oğurlanıb.

Anis avtomobil sevgisini belə təsvir edib: “Avtomobilləri sevirəm çünki qadınlar kimi gözəl və güclüdürlər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az