Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

SURİYADA ÜZƏRİNDƏ BƏŞƏR ƏSƏDİN TƏSVİRİ OLAN ƏSKİNASLAR DÖVRİYYƏYƏ BURAXILIB

2 000 Suriya funtu üzərində Bəşər Əsədin təsviri öz əksini tapıb.

Suriyada üzərində ilk dəfə ölkə prezidenti Bəşər Əsədin şəkli olan milli valyuta dövriyyəyə buraxılıb.

Din.az “Report”a istinadən xəbər verir ki, Əsədin təsviri 2 min Suriya funtu (təqribən 10 ABŞ dolları) üzərində öz əksini tapıb.

Suriya Mərkəzi Bankının sədri Dureyd Durqam bildirib ki, əskinas çoxdan çap olunub, lakin hərbi əməliyyatlar və məzənnənin tez-tez dəyişməsi səbəbindən dövriyyəyə buraxılmayıb.

Hazırda yeni pul vahidi ilə Dəməşq və bir neçə əyalətdə ödəniş etmək mümkündür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az