Suriyada fələstinlilərin düşərgəsi bombalandı – 10 ölü, 30 yaralı

BMT: “İftar zamanı düşərgəyə 3 raket atılıb”.
Suriyanın Hələb şəhəri yaxınlığında mültəcilərin məskunlaşdığı düşərgəyə raketlər atılıb.
Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nəticədə 10 fələstinli ölüb, 30-u yaralanıb. BMT-nin yaydığı məlumata əsasən düşərgəyə iftar zamanı 3 raket atılıb.
Ölənlərdən 4-ü uşaqdır. Yaralıların vəziyyəti isə kritikdir. Ölü sayının artacağı ehtimal edilir.