Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Suriyada döyüşən azərbaycanlının məhkəməsi oldu

“Ərəb ölkələrinə yalnız insanlıq naminə humanitar yardım aparmışıq”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada və digər ərəb ölkərlərində qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Din.az Report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə R.Qədirov özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra məhkəmədə R.Qədirova ifadə vermək təklif olunub. O, ifadə verməkdən imtina edib.

R.Qədirov hazırkı mərhələdə ifadə vermək istədiyini söyləyib: “İttihamda qeyd edilənlərlə razı deyiləm. Ərəb ölkələrinə yalnız insanlıq naminə humanitar yardım aparmışıq”.

Məhkəmənin növbəti iclası avqustun 15-nə təyin edilib.

Qeyd edək ki, R.Qədirov Döblət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona müxtəlif ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməklə bağlı ittiham verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az