Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Suriyada bütün ittifaqlar çökdü: Yenidən hərə öz “doğması”nı axtarır

ABŞ, Rusiya və İran arasında gərginlik artıb.

Suriyadakı müharibə ölkənin şərqinə doğru genişlənərkən münaqişənin tərəfləri olan böyük qüvvələr qarşı-qarşıya gəlir.

Din.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İŞİD-lə mübarizə” adı altında ittifaq qurub ölkəyə yerləşən ABŞ, Rusiya və İran arasında gərginlik artıb. Türkiyəyə qarşı qurulan Əsəd-PKK dostluğu isə çat verir.

Əsəd rejiminin, İranın və Rusiyanın köməyilə İran-İraq sərhədində və neft bölgəsi Deyr Əz-Zor ətrafında hücumlar davam edir.

Burada bir çox beynəlxalq qüvvələr tədbirlər görməyə çalışır.

ABŞ bölgənin PKK/PYD-nin nəzarətində qalmasını hədəfləyib. Bəzi xüsusi qüvvələrlə raketlər endirməyə davam edir. ABŞ Tanifdə İranın dəstəklədiyi milisləri hədəfə alıb, rejimə məxsus təyyarəni vurub. Buna qarşılıq olaraq, İran balistik raketlə cavab verib. Eyni zamanda Rusiya və ABŞ arasındakı müqavilələr təxirə salınıb.

Rusiya Müdafiə Nazirliyi, ABŞ-ın Əsəd rejiminə aid SU-22 müharibə təyyarəsini vurmasından sonra öz hərbi hava qüvvələrinin fəal olduğu ərazilərdə hər hansı bir uçan obyekti hədəf kimi görəcəyini bildirib. Nazirliyin açıqlamasında iyunun 19-dan etibarən ABŞ ilə hava qəzalarını əngəlləmək üçün aparılan kəşfiyyat bölgü kanalının təxirə salındığı bildirilib.

Suriyalı qaynaqlar ölkənin şərqindəki münaqişələrin Suriyada yeni bir dövrə qədəm qoyulduğuna işarə olduğunu bildirilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az