Suriya Ordusu Mənbicə daxil oldu

Suriya Ordusu qüvvələri şəhərə daxil olub və Suriya bayrağını burada qaldırıb.
Suriya Ordusu ilə kürd bölmələri arasında razılıqdan sonra ordu qüvvələri Mənbic şəhərinə daxil olub.
Din.az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verib.
Bəyanatda bildirilib ki, Suriya Ordusu ölkənin hər yerində təhlükəsizliyi qorumaq öhdəliyindən, milli məsuliyyətdən irəli gələrək və Mənbic əhalisiin səsinə səs verərək, qüvvələrini bu şəhərə yerləşdirib.
Əlavə edilib ki, Suriya Ordusu qüvvələri şəhərə daxil olub və Suriya bayrağını burada qaldırıb.
Qeyd edək ki, Türkiyə Ordusu və onun dəstəklədiyi birləşmələr də Fəratın qərbində yerləşən və YPG nəzarətində olan bu şəhəri nəzarətə götürmək istəyirdi. / İslaminSesi.info