Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ssenaristdən FETÖ ittihamına sərt – Cavab

“Bizə axmaq, yaramaz deyin, amma FETÖ-çu deməyin”.

Arxa kadrda efirə gedən Fətullah Gülən Terror Şəbəkəsinə (FETÖ) aid kitaba görə başı bəlaya girən “Uşaqlar eşitməsin” (“Çocuklar Duymasın”) serialının ssenaristi Birol Güvən hər şeyin təsadüfən olduğunu deyib.

Din.az bildirir ki, B.Güvən ona qarşı ittihamlara kəskin reaksiya verib: “Bizə axmaq, yaramaz deyin, amma FETÖ-çu deməyin”.

O, əlavə edib ki, serialı bəyənməmək, tənqid edmək, izləməmək olar, amma onların vətənpərvərliyinə şübhə etməyə heç kəsin ixtiyarı yoxdur.

Qeyd edək ki, bir neçə ildən sonra təkrar ekranlara dönən “Çocuklar Duymasın” serialının son bölümlərindən birində arxa kadrdakı rəfdə Fətullah Gülənin xarici ölkələrdə açdığı məktəblərdən bəhs edən kitab görünmüşdü. Böyük etirazlara səbəb olan səhnə barədə Birol Güvən üzr istəsə də etirazlar səngiməyib.

Sözügedən səhnə haqqında İstanbul Prokurorluğu cinayət işi açıb. Həmçinin, Türkiyə Televiziya və Radio Ali Şurası serialı yayımlayan “Kanal D”yə pul cəzası kəsib. Bundan sonra, serialın ssenaristi Birol Güvən təkrar açıqlama yaymaq məcburiyyətində qalıb. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az