Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

SOS: Süni yolla mayalanan bir çox uşaqların atası həkimlər çıxır – FAKT

Avropada süni mayalanma sahəsində böyük qalmaqal zəncirinin üstü açılıb.

Bir uşağın DNT testi ilə süni mayalanma mərkəzinin vasitəsi ilə dünyaya gələn digər 19 uşağın sperma qaynağının Dr.Karbaat olduğunu ortaya çıxıb.

Din.az-ın  Türkiyə mediasından əldə etdiyi məlumata görə, Hollandiyanın məşhur süni mayalanma üzrə həkimi Jan Karbatın aprel ayında dünyasını dəyişməsi böyük bir qalmaqal zəncirini ortaya çıxarıb.

Klinikasında öz spermalarından istifadə etməklə təqsirli bilinən və ən azı 19 uşağın bioloji atası olduğu zənnedilən həkimin daha çox sayda müştərisinə bu xidməti vermiş ola biləcəyi düşünülür.

Məhkəmənin qərarı ilə 89 yaşında dünyasını dəyişən Jan Karbaatın diş fırçası, ülgücü və corabları laboratoriyada analiz edilmək üçün evindən götürülüb.

Qeyd edək ki, Karbaat 1980-cı ildə Rotterdamda süni mayalanma üzrə klinika açan və Hollandiyada bu sahə üzrə öndə gedən şəxslərdəndir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az