Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Son beş ildə Azərbaycanda uşaqlara daha çox hansı dini adların verildiyi açıqlandı – SİYAHI

Son beş il ərzində Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib. Din.az “report”a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi son beş ildə ölkədə doğulan uşaqlara daha çox verilən dini adları təqdim edib. Beş ildə dünyaya gələn oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib. Son beş ildə verilən adlar arasında Zəhra (16 676), Fatimə (12014), […]

Son beş il ərzində Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.

Din.az “report”a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi son beş ildə ölkədə doğulan uşaqlara daha çox verilən dini adları təqdim edib.

Beş ildə dünyaya gələn oğlan uşaqlarından 17 418-nə Yusif adı verilib.

Son beş ildə verilən adlar arasında Zəhra (16 676), Fatimə (12014), Hüseyn (11 992), Əli (11 783), Zeynəb (7 859), Ömər (7 620), Məhəmməd (7 495), Xədicə (6 197), Məryəm (5 649), İbrahim (4 962), Amin (2 554), Adəm (1 361), Həsən (3 558), İsmayıl (3 296), Mehdi (2 310), Aişə (1 579) kimi adlar üstünlük təşkil edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az