Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Son 72 saat: Qətər qəbul etməzsə, Ərəb körfəzi qan gölünə dönəcək

Qətərə qarşı sərt addımlar atıla bilər.

Qətərə embarqo tətbiq edən 4 ölkənin Bəhreyndə hərbi baza qurmağı planlaşdırdığı iddia edilir.

Din.az “A24.Az”a istinadən xəbər verir ki, Misirin “Əl-Ehram Əl-Ərəbi” jurnalının internet saytında yer alan xəbərə görə, Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirin tələblərini 72 saat ərzində yerinə yetirməsə, bu ölkələr bəzi tədbirlərə əl atacaq.

Bəzi yuxarı dairələrdən əldə edilən məlumata görə, iqtisadi embarqonu genişləndirmək, Qətərin Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) üzvlüyü ilə embarqo tətbiq edən ölkələrdə varlıqlarını dondurmaq həmin tədbirlər arasında yer alacaq.

Bu çərçivədə Bəhreyndə hərbi baza qurmaq da nəzərdə tutulur.

Sözügedən tədbirlərin həyata keçiriləcəyi təqdirdə, Misir ilk dəfə Körfəz regionunda hərbi varlığa sahib olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az