SOMALİDƏ MƏSCİD YAXINLIĞINDA PARTLAYIŞ TÖRƏDİLİB

Məscid yaxınlığında terror hadisəsi baş verib.
Somalinin paytaxtı Moqadişoda intiharçı terrorçu məscid yaxınlığında özünü partladıb.
Din.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir hərbçi həlak olub.
Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.
Partlayışın “Əş-Şabab” terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.