Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“SKYPE”DA IV İSLAM HƏMRƏYLİK OYUNLARI İLƏ BAĞLI YENİLİK

“Microsoft” IV İslam Həmrəyliyi Oyunlarına dəstək oldu.

Bakı – 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan “Microsoft” korporasiyası “Skype” istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib. “Microsoft”un bu təşəbbüsünün məqsədi insanların bütün dünyaya oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır.

Din.az bildirir ki, bu barədə Trend-ə “Microsoft”dan məlumat verilib.

Bu il “Microsoft” korporasiyası Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən – Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib. Emotikonda Qobustan və “Alov güllələri”nin (“Flame Towers”) simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətirində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu “Flame Towers” əvəz edir.

“Skype” proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün “Microsoft” korporasiyası “Windows”, “Mac”, “iPhone”, “iPad”, və “Android” ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir.

Qeyd edək ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməmliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində “Microsoft” korporasiyası “Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. “Bakı 2017 Skype Zonası” idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.

Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və “Bakı 2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az