Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

SİYAVUŞ NOVRUZOV TELEFONUNA GƏLƏN ZƏNGLƏRDƏN NARAHATDIR: “XAHİŞ EDİRƏM, ARAŞDIRILSIN”

“Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”.

“Mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranır. Mənim telefonuma hər axşam xarici ölkələrdən naməlum zənglər gəlir”.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, “Ərəb baharı”nda da belə halların baş verdiyini xatırladıb: “O zaman müxtəlif adamların telefonlarına zəng gəlirdi, sonra kəsilirdi. Bu, yoxlanışdır, bir imtahandır. Milli Məclis rəhbərliyindən xahiş edirəm, bu məsələ araşdırılsın”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az