Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SİYAVUŞ NOVRUZOV: “KİMƏSƏ “SEYİDLİK VƏSİQƏSİ”NİN VERİLMƏSİ…”

Siyavuş Novruzov “seyidlik vəsiqəsi” ilə bağlı fikirlərini bildirdi.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə müzakirə olunan “seyidlik vəsiqəsi” ilə bağlı fikirlərə münasibət bildirib.

Din.az “APA.TV”-yə istinadən xəbər verir ki, millət vəkili bunu qanunsuz addım adlandırıb: “Bu çox yanlış addımdır. Bu addımı atan şəxs ölkə qanunvericiliyini pozur, həm də “Dini etiqad azadlığı haqqında” qanunu pozur. QMİ yəqin bu məsələ ilə müvafiq qərarını verəcək”.

Siyavuş Novruzov qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QMİ və Milli Məclisin Dini Qurumlar Komitəsi, eləcə də Prezident Administrasiyasında yeni yaradılan dini məsələlər üzrə şöbənin mütəxəssisləri tərəfindən bu kimi məsələlər araşdırılır: “Hər bir həyata keçirilən ritual Azərbaycan Konstitusiyasına, dövlət quruluşuna və “Dini etiqad haqqında” qanuna uyğun olaraq həyata keçirilməlidir. İndi bunun qiymətini hüquq-mühafizə orqanları verəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az