Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Siyavuş Novruzov: “İndi də “halal hotel” reklam edirlər – hotel kolbasadır ki?”

“Ancaq orada nə niyyətlə, necə qaldıqlarını heç kim bilmir”.

Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır.

“Din.az”ın Trend-ə istinad etdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük”.

S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: “Ancaq orada nə niyyətlə, necə qaldıqlarını heç kim bilmir. Evi kirayəyə verən heç onların pasportlarının surətini də tələb etmir”.

S. Novruzov həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: “İndi də “halal hotel” reklam edirlər. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: “Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az