Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Siqaret, qəlyan, küçədən keçən xanımlara söz atmaq… – Bakının çayxanları

Əyləncə məkanları əhalini narahat edir.

Havalar istiləşdikcə köhnə yaşayış binalarının qarşısında yağışdan sonrakı göbələk kimi çayxanalar ortaya çıxır.

Bu obyektlər çox vaxt səs-küy yaratdıqları üçün bina sakinlərinin narazılığına səbəb olur. Eyni zamanda, həmin çayxanaların piyada səkisinə yaxın yerləşməsi çox zaman yolun kənarı ilə getmək istəyən xanımları narahat edir.

Din.az bildirir ki, hüquqşunas Xəyal Bəşirov “Metbuat.az”a açıqlamasında deyib ki, bununla bağlı dəfələrlə şikayət daxil olub:

“Yaşayış binalarının birinci mərtəbəsində açılan çayxanalarda siqaret, qəlyan və digər sağlamlığa zərər verən vasitələrdən istifadə edir, həm də səs-küy salırlar. Qanunvericilikdə göstərilib ki, bina sakinləri bu cür obyektləri məhkəməyə verib həm kompensasiya ala, eləcə də buna son qoymaqla bağlı məhkəmə qərarı edə bilərlər. Qeyd etdiyimiz problemlərlə bağlı qanunvericilikdə dəyişikliklər edilib, məsuliyyətlər yaransa, daha yaxşı olar.

2500 manatadək cərimə…

Yeni İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində göstərilir ki, gecə saat 24:00-dan səhər saat 7:00-a qədər istənilən formada səsə-küy salan, insanların normal həyat şəraitinə mane olan fziki şəxsləri 150 manatdan 200 manatadək, hüquqi şəxsləri isə 2000 manatdan 2500 manatadək cərimə gözləyir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az