Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SİNQAPURUN İLK QADIN PREZİDENTİ HƏLİMƏ YAQUB AND İÇDİ

Həlimə Yaqubun dövlət başçısı postuna seçilməsi tənqid dalğası doğurub.

Sinqapurun ilk qadın prezidenti, 63 yaşlı Həlimə Yaqub cümə axşamı günü and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, Həlimə Yaqub prezident postunda irqindən, dilindən və dinindən asılı olmayaraq ölkənin hər bir vətəndaşına xidmət edəcəyini bildirib.

“Channel NewsAsia” telekanalının məlumatına görə, Həlimə Yaqubun dövlət başçısı postuna seçilməsi tənqid dalğası doğurub. Belə ki, digər namizədlərin yoxluğu səbəbindən o, səsvermə keçirilmədən ölkə prezidenti olub.

Əvvəlcə prezident seçkilərində daha dörd namizədin iştirakı planlaşdırılırdı. Lakin müxtəlif səbəblərdən onların hamısının namizədliyi rədd edilmişdi. İki nəfərin namizədliyi malay icmasından olmadıqları üçün qeydə alınmamışdı. Bu meyar yerli hakimiyyət orqanlarının ötənilki qərarı ilə əlaqədar idi. Belə qərar çıxarılmışdı ki, 2017-ci ildə prezident kürsüsü uğrunda yalnız malaylar mübarizə apara bilərlər. Digər iki namizədə isə dövlət işində və ya böyük şirkətlərin rəhbərliyində müvafiq təcrübələri olmadıqları üçün etiraz bildirilmişdi.

Sinqapur parlament respublikasıdır və orada icra hakimiyyəti əsasən Baş nazir başda olmaqla Nazirlər Kabinetinə məxsusdur. Məhdud səlahiyyətlərə malik ölkə prezidenti isə yalnız təmsilçilik missiyası həyata keçirir. Bununla belə, o, kadr məsələləri ilə bağlı qərarlara veto qoya bilər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az