Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Şeyxülislamın ilmə töhfəsi – Video

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə növbəti il üçün hazırlanan örtüyə ilmə vurub.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ümrə ziyarətində müqəddəs Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı fabrikə baş çəkib.

Din.az Axar.az-a istinadla xəbər verir ki, Kral Əbdüləziz adına istehsal sexinə baş çəkən zaman Şeyx Hacı Allahşükür Paşazadəni yerli rəsmilərdən Kral sarayının müşaviri, Səudiyyə Ərəbistanının Böyük Alimlər Şurasının üzvü şeyx Səd Nasir əş-Şisri müşayiət edib.

Kəbə evinin örtüyünün hazırlandığı fabrikin rəhbərliyi QMİ sədri Hacı Allahşükür Paşazadəni qarşılayan zaman istehsal müəssisəsinin işi, Kəbə evi pərdəsinin hazırlanması, onun tərkib hissələri, müəssisədə yerləşdirilən yeni toxuculuq texnologiyaları barədə məlumatlandırıb.

Müsəlmanların ən müqəddəs məkanı olan Kəbə evinin qara örtüyünün ağırlığı 670 kilo təşkil edir. Bu örtük 200 nəfərin çalışdığı fabrikdə 8 ay ərzində toxunub başa çatdırılır.

Örtüyün üzərindəki qızıl işləmələri hörən adamların işə götürülməsi üçün müəyyən imtahandan keçmələri lazımdır. Fabrikdə ilk olaraq saf ipəkdən qara rəngli örtük toxunur. Daha sonra örtüyə qızıl və gümüş ipliklərlə ilmək-ilmək quran ayələri işlənilir.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə növbəti il üçün hazırlanan örtüyə ilmə vurub.

Daha sonra Bütün Qafqazın Şeyxi və Azərbaycan nümayəndə heyəti Kəbə muzeyinə də baş çəkib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az