Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şeyxülislam: Şuşa məscidində bərpa işlərinin aparılması Rusiya Patriarxı və II Qareginlə müzakirə olunacaq

“Məscidi əqidəyə görə bərpa edərlər: “Ermənilərin isə əqidəsi yoxdur”.

Ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhərağa məscidində bərpa işlərinin aparılması təxribat xarakteri daşıyır.

“Din.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, məscidi əqidəyə görə bərpa edərlər: “Ermənilərin isə əqidəsi yoxdur”.

QMİ sədri bildirib ki, Moskva və bütün Rusiyanın Patriarxı II Kirill və bütün ermənilərin katalikosu II Qareginlə bu məsələ müzakirə olunacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az