Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ MOSKVAYA GETDİ

Şeyxülislam A.Paşazadə Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək.

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşüb.

Din.az bildirir kki, bu barədə Report-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, şeyxülislam A.Paşazadə səfər çərçivəsində Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək.

Görüş sentyabrın 8-də Moskva şəhərində baş tutacaq.

Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az