Şeyxülislam Allahşükür Paşazadəylə, Hidayət Orucovla münasibətlərin yaxşı olmamasının səbəbləri…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları mərkəzinin rəhbəri dinşünas Rafiq Əliyev yazıçı-publisist Cəlil Cavanşirlə söhbətləşib. Din.az A24.Az-a istinadən həmin müsahibəni oxuculara təqdim edir. İslam Araşdırmalar Mərkəzinin hazırkı fəaliyyəti ilə bağlı danışmağınızı istərdik. Necədir vəziyyət? Hansı işləri görürsünüz? Hansı yeniliklər var? İlk növbədə onu demək istərdim ki, İslam Araşdırmalar Mərkəzi 1991-ci […]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, “İrşad” İslam Araşdırmaları mərkəzinin rəhbəri dinşünas Rafiq Əliyev yazıçı-publisist Cəlil Cavanşirlə söhbətləşib. Din.az A24.Az-a istinadən həmin müsahibəni oxuculara təqdim edir.
İslam Araşdırmalar Mərkəzinin hazırkı fəaliyyəti ilə bağlı danışmağınızı istərdik. Necədir vəziyyət? Hansı işləri görürsünüz? Hansı yeniliklər var?
İlk növbədə onu demək istərdim ki, İslam Araşdırmalar Mərkəzi 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti ərzində də İslam fəlsəfəsi, İslamın adət ənənələri haqqında xeyli kitablar nəşr edib. Aylıq və kvartal jurnalları çap olunub. Bu günə qədər təxminən 28-ə qədər kitab yayımlamışıq. Bu kitablarında heç biri satılmayıb, pulsuz paylanıb. Yəni “İrşad”da çıxan kitablar satılmır. Son dəfə bizim çıxardığımız “Ərəb-Azərbaycan lüğəti”- çox böyük lüğətdir, 1200 səhifəlik bu lüğət də insanlara paylanıb. Bu gün bizim əsas işimiz, mənim özümün şəxsən əsas işim İslamla bağlı bu gün gedən proseslərin təhlilidir. Yəni İslam və cəmiyyət, din və cəmiyyət, imanla dinin fərqi və imanın, dinin bir-biri ilə qarşılıqlı münasibəti. Bu məslələri bizdə bilən çox azdır. İman və dini qarışdırırlar sonra da dinin imanın strukturu olmadığını başa düşürlər və nəticədə elə hesab edirlər ki, imanlı insan mütləq dindar insandır. Onların hamısını dindar kimi qeydiyyata alırlar. Gördükləri əməllər də bu səbəbdən İslama çox ciddi zərər gətirir.
Araşdırmalarınızın aspektini dediniz. Azərbaycanda İslamın hazırki durumu ilə bağlı nə deyə bilərsiniz?
-Azərbaycanda İslamın hazırki, durumunda çox ciddi pərakəndəlik var. Yəni İslama qarşı münasibətdə tam düzgün və yoxlanılmış konsepsiya yoxdur. Bu günlər elə mən qəzetlərdə yaxud da saytlarda oxuyuram gah İslam TV açmaq istəyirlər, gah da İslamı jurnalistlər üçün məcburi şəkildə öyrətmək istəyirlər. Başqa-başqa variantlara əl atırlar. Yəni dövlətdən ayrı olan ictimai strukturu dövlətin işlərinə qarışmağa sövq edirlər.
Deməli siz televiziyanın açılmasına və jurnalistlərin maarifləndirilməsinə qarşısınız, belə çıxır?
Mən buna qarşı deyiləm, sadədcə olaraq jurnalistlərin məcburi olaraq İslamı öyrənmək kurslarına göndərilməsinin əleyhinəyəm. İslam televiziyasının açılmasının da əleyhinəyəm. Çünki bizdə Samanyolu TV açılmışdı onun da yönümü islam yönümü idi. Amma belə baxanda dünyəvi televiziya kimi işləyirdi. İndi Azərbaycanda din haqqında bir televiziya açmaq özü çox zərərli bir şeydir.
Prezident bu ili multikulturalizm ili elan edib, xeyli işlər görülüb. Şeyxülislamda Azərbaycanda dini televizya açmağı təklif edib. Sizcə burada prezidenti sərəncamı ilə Şeyxin təklifi bir-birinə ziddiyyət təşkil etmirki?
Prezidentin sərəncamı multikulturalizm ilə elan edilməsidir. Çox mədəniyyətliliyin, çox dinliliyin, dini adət ənənələrin dövlət tərəfindən qorunması qarşıya qoyulub. Amma elə burda da mən deyim ki, multikulturalizm Azərbaycan üçün qədimdən qalma bir şeydir. Multikulturalizm zərərli bir fenomendir. Vaxtilə Roma imperiyasını süquta yetirən elə multikulturalizm özü oub. Kiçik, azsaylı xalqların mədəniyyəti olmur. Onların ancaq adətləri, ənənələri olur. Onların artıq bir mədəniyyət şəkilində formalaşmış mədəniyyətlərinin olması mümkün deyil. Avropa bu gün multikulturalizmdən tamamilə imtina edib. Həqiqətəndə multikulturalizm Avropada vəziyyəti gərginləşdirən amillərdən biridir. Çünki ölkənin çoxluğunu təşkil edən insanların, vətəndaşların mədəniyyətinin tutduğu mühitə biz kiçik xalqların etnik qrupların mədəniyyətini əlavə edirik. Bizim öz böyük mədəniyyətimizin mühiti, onun tutduğu o dairə getdikcə kiçilir. Ola bilməz ki, bu məsələ azsaylı yüz minlik etnik qrupun mədəniyyətini Azərbaycanın qədimdən bu günə qədər olan mədəniyyəti ilə eyniləşdirək. Dövlətin məqsədi həmin mədəniyyətləri, ənənələrini, adətlərini qorumaqdır. Onlara imkan vermək lazımdır ki, adət ənənələri ortadan çıxmasın. Çünki adət-ənənələr dində fərdi xarakter daşıyır. Multikulturualizm adıyl bizdə mövcud olan dini icmaların, etnik qrupların hamsının dəyərli tərəfini götürüb Azərbaycan üçün bir mədəniyyət sistemi yarada bilmərik. Bu mədəniyyət sistemi Azərbaycanda bu günə qədər formalaşmış sistemini parçalayacaq.
Bu nöqteyi nəzərdən multikulturalizm kiçik xalqların, konfesiyaların dini və dünyəvi baxışlarını qorumaq onlara imkan yaratmaqdır. Ümumiyyətlə bunları bütöv bir mədəniyyət formasında gətirib ortaya çıxarmaq mümkün deyil. Azərbaycada multikulturalizm haqqında konsepsiya yoxdur. Azərbaycanda eyni zamanda din-dövlət münasibətləri haqqında konsepsiya da yoxdur. Əgər konsepsiya yoxdursa biz bu gün bu əməlləri hansı sitemlə həyat keçiririk? Bunu da bilmirik.
Ona görə də biz multikulturalizm haqqında dərslik tərtib edirik, konfranslar keçiririk. Azərbaycanın imicini qaldırır, onu dözümlü tolerant bir dövlət kimi tanıtdırır. Bu bizim xeyrimizədir. Amma bunun sonrakı nəticələrini biz əvvəlcədən hesablamalıyıq. O ki, qaldı jurnalistlərin dini mövzuları öyrənmələri və yaxud telekanalın açılmasını mən məqsədə uyğun hesab etmirəm. Çünki dinlə dünyəvi dövlətin ikisini bərabərdə təbliğ etmək mümkün deyil.
Əgər biz dini təbliğ ediriksə, onu insanlara öyrədiriksə mütləq dində olan şəriət qanunlarınıda da dövlətdə tətbiqini təmin etməliyik. Dünyəvi dövlətdə şəriət qaydaları tətbiq oluna bilməz. Ona görə də əgər bir kanal açırıqsa kanalın ətrafında dindar olan insanların böyük əksəriyyəti topalaşacaq .İndi başqa bir kanalı televiziyanı bağlamaq asandır. Onun arxasında o qədər də insan yoxdur. Amma bu gün biz açıb sabah kanal başqa bir yönümdə öz siyasətini aparacaqsa onu bağlamaq fəlakətə gətirib çıxara bilər. Onu bağlamaq dindarlarla dövlət arasında qarşıdurma yarada bilər. Bütün bunların hamısını əvvəlcədən hesablamaq lazımdır. Bu bir.
İkincisi də nəyə görə ictimai təşkilat olan Qafqaz Müsəlmanlar İdarəsinin ayrıca bir televiziyası olmalıdır? Mən onların saytlarına baxıram heçnə yoxdu saytlarında. O söhbətdə də belə deyilir ki, o televiziyada çox profisonal adamlar işləyəcək. Hardadı bizdə elə yüksək səviyyəli profisonal dini məsələləri şərh edə bilən və bütün bu televiziya sistemini dini materiallarla təmin edənşəxslər? Mən belə adamları görmürəm.
Bunun arxa fonunda Şeyxülislamın başqa bir məqsədi ola bilərmi?
Mənə elə gəlir ki, bunun arxa fonu Azərbaycanı gələcəkdə İslama doğru daha çox meyillənməsinə gətirib çıxara bilər. Bu yeganə fon ola bilər. Bu da İran İslam Respublikası ilə yaxınlaşmağa, dini zəmində gətirib çıxara bilər. Son nəticə isə bu dini televiziyada daha çox şiəliyin təbliği aparılacaqdır. Bu gündə elə şiəliyin təbliği aparılır. Məqsəd onları bir TV ətrafında formalaşdırmaqdır. Əgər biz onların şüurunu dini dəyərlərə kökləsək onlar bizim dünyəvi dəyərlərdən uzaqlaşacaqlar. Bir insanın beynində şüurunda iki dəyərlər sitemi toplaşa bilməz. Onlar mütləq ziddiyyət təşkil edəcək.
Məktəblərdə də dini tədris edək. Dini tədris etdik məktəblərdə və bütün əsas meyarlarına gəldikdə dində ən yüksək meyar ədalətlilik meyarıdır. İnsanlara qarşı münasibət meyarıdır. Rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə meyarıdır. Biz bunları bu gün məktəblərdə tapa biləcəyik yoxsa yox. Əgər biz bunu tapmayacağıqsa bizim uşaqlara verdiyimiz dini təhsillə dünyəvi təhsil arasında ciddi ziddiyyət əmələ gələcək. Bu ziddiyyətdə həm məktəbin hımdə Təhsil Nazirliyinin fəaliyyətinə ciddi ziyan verəcək.
Siz dini komitənin rəhbəri olduğunuz vaxtda məscidlər müxtəlif dövlətlərin, qurumların təsiri altında idi. Siz gəldikdən sonra dövlətin nəzarəti altına alındı. Bəs indiki vəziyyət necədir? Məscidlər, ümumiyyətlə dinlə bağlı olan sahələr hazırda hansı təmayüllüdür? Hansı təsirlər daha çoxdur?
Deməli 2001-2006-cı illərdə biz bu məsələni tamamilə həll etdik. Xaricdən bura gələn xütbə oxuyanların hamsını biz qanunla tamamilə məscidlərdən uzaqlaşdırdıq. 7-ə qədər vəhabizmlə məşğul olan məscidləri özəlləşdirdik və dövlətin strukturlarına verdik. 500-ə qədər heç bir sənədi olmadan işləyən digər məscidlər də dövlətin mülkiyyətinə keçdi. Bir sitem yaratdıq. Hətta biz xütbələr də hazırlamışdıq o xütbələrdəndə xeyli istifadə olundu. Yəni din haqqında aparılan xütbələrdə xarici amilin rolu vardı. Biz bunu İlqar İbrahimoğlunun timsalında gördük. İndi də İlqar İbrahimoğlu “Müsavat” qəzetində böyük bir məqalə yazır. Amma bu məqalə onun məqaləsi deyil. Bu məqalər onun üçün yazılır. Onlar reklam formasında Müsavat qəzetindən bir səhifə alır və həftədə bir dəfə orada yerləşdirilir. Belə bir hərəkətləri 2005-2006-cı illərdə başqa qəzetlərdə də etmişdilər. İran Mədəniyyət Mərkəzi qəzetdə yer alır və o yerə nə istəyirdi onu da yerləşdirirdi. Məhərrəmlik aylarında, eləcə də Qurban bayramı ərəfəsində və s. Yəni bu prinsip indi də davam edir. İlqar İbrahimoğlunu tənqid etmək istəmirəm. Onun kifayət qədər tənqid eləmişik. O məqalələri yazmaq üçün onun savadı yoxdur. Onun ümumiyytlə dini savadı yoxdur. Amma onun haqqında elə bir məqalələr yazırlar ki, o İran ayətullahlarının və dini fəlsəfi alimlərinin yazdıqları məqalələrdir. Mən onları oxuyanda hiss edirəm ki, burada həqiqətən də çox dərin məzmun və məna var. İnsanlara təsir edəcək qədər gücü var.
Sizin vaxtınıza qədər bir az pərakəndəlik idi. Yəni sizdən əvvəl komitə yox idi. İndi din sahəsində xeyli işlər görülür. Bununla belə yenə İran öz əlini Azərbaycandan çəkmək istəmir. Eyni zamanda biz Nardaran hadisələrində gördük ki, radikal dindarların dövlətçilik üçün də böyük təhlükəsi var.
Ümumiyyətlə radikalizmin özünün formaları, təzahürü bir gündə yaranmır. Bunlar insanların şüurunu dəyişməklə, insanları müəyyən bir səviyəyə gətirib çıxarmaqla, onları ekstremizmin vacibliyinə inandırmaqla yaradırlar. İran Azərbaycanda maraqlıdır. Bu təbii bir haldır. Deməli həm milli həm də mənəvi dəyərlərimizə zərər vuracaq hər hansı bir kənar müdaxilə xalqımız üçün zərərlidir. Amma eyni zamanda burada da qarışıqlıq var. Biz də İranda olan azəbaycanlıların milli azadlıq hərəkatına müəyyən mənanda müdaxilə edirik. Mən dəfələrlə demişəm buna ehtiyac yoxdur. Çünki biz başqa ölkənin daxili işlərinə qarışırıq. Bu da təkcə bizim dövlətin özünün siyasəti deyil və bəzi-bəzi adamların millətçilərin siyasətidir. Onlardanda çoxu ABŞ və Avropa tərəfindən maliyələşdirilən insanlardır. İranda dini yox milli zəmində münaqişələr yaradırlar. Çünki İranda dini zəmində münaqişlərin olması mümkün deyil. Sovet İttifaqını dağıtmaq üçün iki amildən istifadə etdilər-dini və milli amildən. Hazırda İranda bu dini amil mümkün deyil. İranı parçalamaq, çaxnaşma yaratmaq üçün ABŞ ora milyonlarla, milyardlarla pul xərcləyir. Onlara da çıxışı Azərbaycandan ola bilər. Çünki biz parçalanmış bir xalq kimi buna bizim özümüzün hüququmuz var. Amma İranın da hüququ var ki, buna qarşı öz tədbirlərini görsün. Hətta çox zaman deyirlər ki, “siz azlıq təşkil edirsiniz. Siz 200-250 il bundan qabaq Çar Rusiyasının qələbəsindən sonra biz sizi kompensasiya şəkilində Çar Rusiyasına vermişik. Əgər lazımdırsa birləşmək siz gəlin bizə birləşin. Bizdə 25 milyondur sizdə 7 milyon. İran kimi böyük bir dövlətin tərkibində olarsınız”. Ona görədə mən şiəliyin burada yayılmasının, onun Nardaran kimi və digər kəndlərdə belə fəsadlar yaratmasının da səbəblərini siyasi savadsızlıqda görürəm.
Yenidən belə bir hadisə baş verə bilərmi? Naradaran hadisələri ölkə üçün nisbətən xətasız ötüşdü. Daha ciddi fəsadlar ola bilərmi?
Daha ciddi fəsadlar ola bilər. Mən hətta məqalalədə yazmışam turizmin ərəbləşməsi haqqında. Ərəb dünyasından bura çox insanlar gəlir. Bəlkə də 1 milyondan çox turist gəlib bura. Mənim diqqətimi çəkdi ki, turistlər hətta bura istirahət etmək üçün gəlmirlər. Onların içində dini radikalizmin təşkilatçıları, üzvləri də var və bu həqiqətəndə belədir. Mən ərəblərin Quba, Xaçmaz, Gəncə və Göygöllə telefon danışıqlarını görəndə hiss elədim ki, bunların Azərbaycanda olan bu qruplarla əlaqələri var. Bütün bunları nəzərə alaraq mən bu yazını yazdım.
Mehmanxanalar üçün bu o qədərdə vacib deyil. Onlara maraqlı olan 5-7 nəfər İraqdan bura insan gəlsin və 5 ulduzlu oteldə gündə min dollar pul qoyub qalsın. Deməli onların nə qədər güclü maliyəsi var ki, burada buna dözürlər. Ona görə də mən dövlətimizi, hüquq mühafizə orqanlarını eləcə də mehmanxanaları buna diqqət yetirməsinə çağırdım. Və həqiqətəndə məqalənin də öz təsiri oldu. Onlar buradan çoxlu evlər alırlar. Şəhərin ən yaxşı yerlərində kirayə götürülmüş evlər İradan gələn ərəblər üçündür. Onlara biz topaq sata bilmərik. Amma onların evləri almağa xarici vətəndaş kimi ixtiyarı var. Xeyli hissəsini də alıblar. Mən bir sosioloji tətqiqat kimi bəzi restoranlara da gedirdim. Restoranlarda təxminən ola bilər ki, 2-3 stolda azərbaycanlılar var idi. Qalanların hamısı ərəblər idi. Ofsiantlardan da vəziyyəti soruşurduq. Bildirdilər ki, “nə qədər istəyirlər yeyirlər və kartı uzadırlar. Kartdan nə qədər pulun çıxarıldığı ilə isə heç maraqlanmırlar”. Yəni bunlarda güclü maaliyə var. Bu maaliyə olmasa onlar hər gün 10-15 nəfər bahalı restoranda gəlib oturub yeyə bilməzlər. Mən bir-iki mehmanxanada da müşahidə aparmışam orda onların gətirdikləri yükü heç kim yoxlamır.
İyulun 15 də Türkiyədə dini motivli çevriliş cəhdi oldu. Fətullah Gülən- Nurçuların xətti ilə. Azərbaycanda onların fəaliyyəti hansı səviyyədərdir?
Onlar Azərbaycana 1992-ci ildə gəliblər. Əbülfəz Elçibəy onların gəlməsinə rəvac verdi. 1992- 1993 illərdə də Qafqaz Universitetinin yaranması üçün Əbülfəz Elçibəyin qərarı var. Nurçuların ilk lideri Səid Nursi idi. Onunda ən böyük arzusu Əl Əzhar universiteti kimi bir universitet yaratmaq idi ki, orada dini və dünyəvi təhsil verilsin. Burada da sağlam ruhlu insanlar yetişsinlər. Yəni həm dini həm elmi cəhətdən, həmdə dövlətdə vəzifə tuta bilmək qabiliyyətinə malik olan şəxslər yetişdirilsin. Burada o zaman 14 lisey açıldı. Eləcə də Qafqaz Universiteti də tikilməyə başladı. Sonra liseylərin sayı 17 oldu. Liseylərə ancaq 12 yaşlı oğlanları götürürdülər. Oğlanlar da orada qapalı şəkildə təhsil alırdılar. Sonradan mənim aldığım məlumatlara görə, 12;13; 15 yaşlı uşaqlarla yataqxanada müəllimlər hər axşam 1 saatlıq dini təbliğat aparıb. Qəti şəkildə onlara qadağan olunurdu ki, bu barədə heç kimə bir söz deməsinlər. Bunları mən bilirdim. Çox cəhd elədim ki, onların liseyləri elə o zaman bağlansın. Yaxud da Təhsil Nazirliyinin təsiri altında olsun. Azərbaycanda Təhsil Nazirliyinin nəzarəti olmadan 14 liseyin olması çox təhlükəli idi. Dəfələrlə mən bunu o zaman dedim. Cəmi bizə 4 liseyi bağlamaq imkanı verildi. Qalan liseylər hamısı qaldı. Çünki o lieylərin hamsının arxasında həm Azərbayacan həmdə xaricdən güclü insanlar dururdu. Liseylərdə yaxşı elm verirlər. İnsanlara yaxşı keyfiyyətli idarə üsulu öyrədirlər. Onların yeganə məqsədi sonda hakimiyyətə gəlmək idi. Bununda adı dinc çevrilişdir. Əgər Türkiyədə nurçular qalib gəlsəydi Azərbaycan üçün 100- lik bir təhlükə var idi. O çevriliş bunların metodu deyildi. Bu çevriliş məcburi bir xarakter daşıdı. Çünki onlar bunu etməli idilər. Ürkiədə çevriliş isə yenə Rusiyanın köməyi ilə baş tutmadı.
Deyirlər ki, sizin vəzifədən getməyinizdə nurçuların rolu olub.
Mənim vəzifədən getməyimdə ümumiyyətlə heç kimin rolu olmayıb. Bunu hamı bilir prezident aparatında da bilirdilər, Ramiz Mehdiyev də bilirdi. Mən işləmək istəmirdim. Özüm çıxdım işdən, bunu hamı bilirdi. Çünki işləmək üçün daha məkan qalmamışdı. Qarşıya qoyduğum məqsədləri həyata keçirmişdik. 5 il müddətinə işlədim. Çünki mən vəzifədə olanda tam sərbəst işləmişəm. Mən heç kimin göstərişi ilə işləməmişəm. Sadəcə prezident mənə göstəriş vermişdi ki, bu işləri nizama salarsan. Və din cəmiyyətdə öz yerini bilməlidir. Dinin cəmiyyətdə yeri horizontaldır, vertikal deyil. Verikal hakimiyyətdir. Harada ki mədəniyyət var, incəsənət var bu fundament harda aşağıdadır dində oradadır.
Sizin Şeyxülislam Hacı Allahşükür Paşazadəylə, Hidayət Orucovla münasibətlərinizin yaxşı olmadığı hər kəsə məlumdur. Sizin onlarla üst-üstə düşməyən fikiləriniz nə idi?
Bizim üst-üstə düşməyən fikirlərimiz QMİ-ni dini etiqad azadlığı haqqında qanunun çərçivəsinə salmaq idi. Burada əlahiddə vəzifələr qoymuşdular. Onlara hüquqlar vermişdilər. Onların nizamnaməsində 13 bənd vardı. Biz onları çıxardıq. Sonra Qafqaz Müsəlmanlar İdarəsinin Həcc ziyaərtində tamamilə monopoliyası var idi. Biz bu monopoliyanı da pozduq. Sonra QMİ bir ictimai təşkilat kimi dövlətin qoyduğu qanunlar çərçivəsində işləməyə başladı. Hidayət Orucovla isə şəxsi məslələr idi. Mən işə başlayanda o əslində bizim dövlət komitəsinin kuratoru olmalı idi. Mən xahiş elədim ki, prezident aparatında dini bilən adamlarla işləmək istəyirəm. Prezident məndən soruşdu nə arzun var,mən də utanmadan dedim ki, mən belə bir iş metodunu seçmək istəyirəm. O da çox sağ olsun qoyduğu vəzifələrə görə, başa düşdü ki, müşavir bu vəzifələri yerinə yetirməkdə mənə mane ola bilər. Elə həmin gün o, bizim kuratorluğu Fatma Abdullazadəyə verdi.
Son vaxtlar multikulturalizmlə bağlı tədbirlər keçirilir. Bu tədbirlər gedən proseslərə yaxın bir neçə il ərzində özünün təsirini necə göstərə bilər? Hansı proqnozları verə bilərsiniz? Nə nəticələri ola bilər?
Nəticədə dinin cəmiyyətdə mövqeyi möhkəmlənəcəkdir. Multikulturalizm dərsliyi hazırlanır. Bizim bu dərslik bütün dünyada tədris olunacaq. Biz multikulturalizm içərisində etnik münaqişələri tamamilə yox etmək istəyirik. Etniklərə imkan verdikcə onlar daha çox tələb edəcəklər. Mən hesab edirəm ki, multikulturalizmin bu gün ola bilsin ki, Azərbaycan üçün əhəmiyyəti var. Lakin gələcəkdə müəyyən fəsadları ola bilər. Ona görə də bunu müəyyən həddə çatdırdıqdan sonra yavaş-yavaş endirmək lazımdır. Biz onsuzda dünyada multikultural dövlət kimi tanınırıq. Hətta 2003-cü ildə Roma Papası Azərbaycana gələndə dedi ki, Azərnbaycan tolerant bir dövlətdir. Bizim bir imicimiz varsa biz bu imici saxlayırıq. Avropada, ABŞ-da yaxın şərqdə gedən prosesləri nəzərə almadan bunu bütün dünyaya çatdırmaq dövlət siyasəti səviyyəsinə çıxarmaq mənim fikrimcə bir o qədər də münasib deyil. Çünki onun bütün fəsadlarını əvvəlcədən müəyyən etmək mümkün deyil.
Azərbaycanda fəaliyyət göstərən dini qruplarla bağlı bizi hansı təhlükələr gözləyir?
Dini qruplarla bağlı bizi yeganə gözləyəcək təhlükə bizdə bu gün olan yatmış dini ekstrimistlərin nə vaxtsa dövlətin müəyyən bir zəifliyi olarsa, xarici dövlətlər bizim işimizə qarışarsa həmin dini qruplaşmalar ortaya çıxacaqlar.
1 şərh Şeyxülislam Allahşükür Paşazadəylə, Hidayət Orucovla münasibətlərin yaxşı olmamasının səbəbləri… üçün