Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ŞEYXLƏ QAREGİNİN GÖRÜŞÜ: NƏLƏR GÖZLƏNİLİR?

“Görüşün missiyası Dağlıq Qarabağ problemidir….”

Din adamları tolerantlığın və multikultural münasibətlərin həmişə tərəfdarı olub. Onlar müharibələr və qarşıdurmaların əleyhinə bir mövqe sərgiləyirlər.

Din.az bildirir ki, bu sözləri Axar.az-a Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginin görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu görüşün missiyası Dağlıq Qarabağ problemi və iki ölkə arasında normal münasibətlərin qurulmasının yollarının müzakirəsidir:

“Din adamlarının missiyası qarşıdurmaların və digər millətlərarası düşmənçiliyin aradan qaldırılmasından ibarətdir. Azərbaycanın ali dini lideri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin bu istiqamətdə çalışdığına və danışıqlarda da bu prosesi ön plana çəkəcəyinə inanıram. Erməni katalikosunun hansı mövqe tutacağı artıq hamıya məlumdur. Çünki Ermənistanda millətlərarası münasibətlərin gərginləşməsi, erməni millətçiliyinin geniş yayılmasında erməni kilsəsinin də rolu az deyil.

Bu gün erməni kilsəsi cəmiyyətin idarə edilməsində, cəmiyyətdəki radikal millətçiliyin formalaşmasında dövlət qədər mühüm rol oynayur. Belə bir şəraitdə sülhün, qardaşlığın, millətlərarası yaxınlaşmanın carçısı olan din adamlarının hansı mövqe tutmasından çox şey asılıdır”.

Politoloq bildirib ki, iki ölkənin ali dini liderlərinin görüşünün sülh prosesinə xüsusi töhfə olacağını proqnozlaşdırmaq çətindir:

“Erməni kilsəsinin başçısı təcavüzkar Ermənistan dövlətini sülhə, işğal etdiyi torpaqları azad etməyə və beynəlxalq hüquq normalarına əməl etməyə çağırsa, bunun danışıqlar prosesinə və qarşılıqlı sülhün yaranmasına böyük köməyi ola bilər. Amma bütün hallarda belə danışıqların əhəmiyyəti böyükdür. Sülhyaratma prosesinə böyük dövlətlər, beynəlxalq təşkilatlar kimi, din xadimləri də qatqı versə, yaxşı olar. Bu gerçəkləşsə, millətlərarası nifaqın və müharibə təhlükəsinin qarşısı alınmış olar”.

Qeyd edək ki, Azərbaycanın ali dini lideri, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginin görüşün sentyabrın 8-də Moskvada baş tutacaq. Tərəflər Rusiya patriarxı Kirilin vasitəçiliyi ilə görüşürlər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az