Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ŞEYXLƏ QAREGİN RUSİYADA GÖRÜŞDÜ

Dini liderlər arasında Qafqazdakı münaqişənin həlli müzakirə edilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.

Din.az Report-a istinadən xəbər verir ki, görüş Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin Dağlıq Qarabağ problemi ilə bağlı üçtərəfli görüşü ərəfəsində baş tutub.

Rus Pravoslav Kilsəsinin rəhbəri QMİ sədrinə Moskvaya səfər etdiyinə görə təşəkkür edib və şeyxin dinlər və xalqlar arasında dialoqun inkişafına böyük töhfə verdiyini qeyd edib.

A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi “Dinlərarası Həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər sülhməramlı əməkdaşlığın davam etdirməyə hazır olduqlarını bəyan ediblər və qarşıdakı üçtərəfli görüşün Qafqazdakı münaqişənin həllinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.

***

Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri – Şeyxülislam Allahşükür Paşazadə, bütün ermənilərin katolikosu II Qaregin və Moskva və bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

Görüş Patriarx Kirillin iqamətgahı olan Müqəddəs Danilov Monastırında baş tutur.

Patriarx Kirillin təşəbbüsü ilə təşkil edilən dini liderlərin görüşü sülhməramlı xarakter daşıyır və görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək.

Görüşü çox sayda rusiyalı və xarici jurnalistlər işıqlandırır.

Xatırladaq ki, dini liderlərin bu formatda ilk görüşü 2010-cu il aprelin 26-27-də Bakıda Ümumdünya Dini Liderlər sammiti çərçivəsində keçirilib. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az