Şeyx Lətifə sədr təyin edildi

“Dubay və Birləşmiş Ərəb Əmirliklərinin təkcə regionda yox, həm də dünyada mədəniyyət mərkəzinə çevrilməsində iştirak edəcəyimdən şərəf duyuram.”
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Maktum əmirliyin Mədəniyyət və İncəsənət İdarəsinin sədri vəzifəsinə şeyx Lətifə bint Məhəmməd bin Rəşid Al Maktumu təyin edib.
Din.az bildirir ki, şeyx Lətifə bu vəzifəyə təyin olunmasına görə dərin minnətdarlığını və qürur duyduğunu söyləyib. Onun sözlərinə görə, Dubay və Birləşmiş Ərəb Əmirliklərinin təkcə regionda yox, həm də dünyada mədəniyyət mərkəzinə çevrilməsində iştirak edəcəyindən şərəf duyur. Bu məqsədə çatmaq üçün dərhal müvafiq departamentlərlə birgə şeyx Məhəmmədin tövsiyələrinin həyata keçirilməsi üzərində işləməyə başlayacaq. / Milli.Az