Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SEYİDLİK FIRILDAĞIN BAŞQA BIR ADIDIR… – ELŞAD MİRİDƏN AÇIQLAMA

“Seyidlik fırıldağın başqa bir adıdır”.

Sosial mediada yayılan “Seyid Ağa” vəsiqəsi günün müzakirə mövzusuna çevrilib.

 

Din.az xəbər verir ki, bu sözləri “Metbuat.az”a açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

Onun sözlərinə görə, nə peyğəmbərin dövründə, nə də onun yaxın ətrafında belə bir anlayış olmayıb:

“Bu gün seyid deyiləndə belə bir fikir ortaya atılır ki, seyidlik Məhəmməd Peyğəmbərin (s) nəslindən gələnlərə verilən addır. Araşdırılan zaman isə məlum olur ki, Məhəmməd Peyğəmbərin (s) nəslindən gələnlərə deyil, İmam Hüseynin nəslindən gələnlərə seyid deyilir. İmam Hüseynin böyük qardaşı olan İmam Həsənin nəslindən gələnlərə isə “şərid” deyilir. Amma bu gün nədənsə şəridliyə deyil, seyidliyə üstünlük verilir”.

Bu cür insanlar digərlərindən seçilməlidirmi?

İlahiyyatçı Elşad Mirinin qeyd etdiyinə görə, Qurani Kərimdə buyurulur ki, insanların Allah yanında üstünlüyü ancaq “Təqva” ilədir:

“Təqva” Allaha qarşı məsuliyyətli, həssas davranmaq deməkdir. Amma Qurani Kərimdə başqa nümunələr də vardır. Nuh Peyğəmbərin oğlu kafir olub. Adəm Peyğəmbərin Habil və Qabil adlı övladları bir-birini öldürüb. İbrahim Peyğəmbərin atası bütlər düzəldib, onu insanlara satan bir şəxs olub. Bundan başqa, Yusuf Peyğəmbərin qardaşlarının onun başına açmadığı oyunlar qalmayıb. O zaman hansı seyidlikdən söhbət gedir? Ona görə, seyidlik sonradan uyudurulmuş bir məsələdir. Nə Peyğəmbərin dövründə, nə də Peyğəmbərin yaxın çevrəsində belə bir anlayış olmayıb. Bu, sadəcə sonradan ortaya çıxıb və bəzi hakimiyyətlər ondan sitifadə ediblər. Həmin dövrün ictimai fikrinə təsir etmək üçün bu cür insanlardan istifadə olunub. Osmanlı tarixində onların hərbi xidmətdə iştirak etmələrinə belə icazə verilməyib. Hətta onlara aylıq maaş da verilib. Sonradan insanlar bundan istifadə edərək peyğəmbər nəslindən gəldiyi iddia edilən şəcərələri pulla alıblar. Bu gün araşdırıldığı zaman yüz minlərlə seyidin olduğu ortaya çıxır. Bu da fırıldağın başqa bir adıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az