Səudiyyədən daha bir ilk: Qadınlar əsgər gedir…

Qadınlar sıravidən çavuş rütbəsinə qədər yüksələ bilərlər.
Səudiyyə Ərəbistanı hökuməti ilk dəfə olaraq qadınlara Silahlı Qüvvələrdə xidmət etməyə icazə verib.
Din.az Axar.az-a istinadən xəbər verir ki, qadınlar ölkənin bütün qoşun növlərində xidmət edə və sıravidən çavuş rütbəsinə qədər yüksələ bilərlər.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Əməliyyatları Mərkəzinin keçmiş rəhbəri Həsən Şəhri hökumətin bu addımını proqressiv adlandırıb.