Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyədə ötən il rəqs etdi, Məkkədə həbs olundu – VİDEO – FOTO

14 yaşlı oğlan evində tutuldu.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünən 14 yaşlı oğlan həbs olunub. O, ictimai yerdə asayişi pozmaq və tərbiyəsizlik etməkdə günahlandırılıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, yeniyetmənin günahı ötən ilin iyul ayında Ciddə şəhərinin mərkəzi küçələrindən birində “Makarena”nın sədaları altında rəqs etməsidir.

İşıqforun yanında rəqs edən bu yeniyetmə yolda maşınların dayanmasına və hərəkətə mənaelər yaranmasına səbəb olmuşdu.

Məkkə şəhərinin sakini olan bu 14 yaşlı oğlan evində tutulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az