Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Səudiyyə Qətərlə dialoqdan imtina etdi

Böhran başlayandan tərəflər arasında ilk təmas oldu.

Səudiyyə Ərəbistanı Qətər əmiri ilə telefon danışıqlarından sonra bu ölkə ilə dialoqa son qoyduğunu bəyan edib.

Din.az xəbər verir ki, Qətər əmiri ilə Səudiyyə vəliəhdi böhranın həlli yollarını cümə günü müzakirə ediblər. Şeyx Tamim bin Həməd əl-Tani və Məhəmməd bin Salman arasında danışıqlar ABŞ prezidenti Donald Trampın hər iki tərəflə ayrı-ayrılıqda telefon söhbətindən sonra yer alıb.

Bu böhranın başlanmasından bəri tərəflər arasında ilk təmas olub.

Lakin telefon danışıqlarının ardınca Ər-Riyad Dohanı söhbətlə bağlı faktları təhrif etməkdə təqsirləndirib.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorçuluğa dəstəkdə ittiham edirlər. Doha bu ittihamları dəfələrlə rədd edib. /A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az