Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SƏUDİYYƏ KRALI ƏHALİNİ YAĞIŞIN YAĞMASI ÜÇÜN DUA ETMƏYƏ ÇAĞIRDI

“Hamı tövbə etməli, mərhəmət göstərməli və Allaha qayıtmalıdır”.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səud əhalini cümə axşamı məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırıb.

“Din.az” “A24.az”a istinadən bildirir ki, bu barədə krallığın yaydığı bəyanatda bildirilib.

“Hamı tövbə etməli, mərhəmət göstərməli və Allaha qayıtmalıdır”,- deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, yanvarın 10-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyan müsəlmanları məscidlərə gedərək yağışın yağması üçün dua etməyə çağırmışdı.

FacebookTwitterGoogle+

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az