Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SƏUDİYYƏ KRALI 1 AYLIQ MƏZUNİYYƏTİNƏ 100 MİLYON DOLLARDAN ÇOX PUL XƏRCLƏDİ – FOTO

Mərakeşin turizminə ayrılan büdcənin 1,5%-i…

Səudiyyə Ərəbistanı kralı Salman məzuniyyətini Mərakeşdə keçirib və bu müddət ərzində təxminən 100 milyon dollar xərcləyib.

Din.az bildirir ki, kral Salmanla birlikdə 1000 nəfərə yaxın adamı da istirahət edib.

Məlumata görə, kral Salman 1 aylıq məzuniyyəti zamanı xərclədiyi pulla Mərakeşin turizminə ayrılan büdcəsinin 1,5%-ni ödəyib.

O, Mərakeşdə olarkən 30 hektar ərazisi olan şəxsi sarayında dincəlib. Kralın 200-dən çox maşını icarəyə götürdüyü bildirilir.

1 aylıq istirahət nəticəsində kral Salmanın 100 milyon dollardan çox pul xərclədiyi qeyd olunur. / BAKU.WS

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az