Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Səudiyyə Ərəbistanının məktəblərində “haram” fənn tədris ediləcək

Bu fənnin hazırlıq işlərini Böyük Britaniya və Səudiyyə Ərəbistanından olan komanda başladıb.

Ərəb krallığın təhsil naziri məsələ ilə bağlı danışıb.

Din.az İslamazeri.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının orta məktəblərində ilk dəfə olaraq fəlsəfə tədris edilməyə başlayacaq. Bu haqda krallığın təhsil naziri Əhməd əl-İsa açıqlama verib.

Onun sözlərinə görə, bu fənnin təhsil planına daxil edilməsinin hazırlıq işlərini Böyük Britaniya və Səudiyyə Ərəbistanından olan komanda başladıb.

Mütəxəssislər həmçinin fəlsəfəni tədris edə biləcək 200 müəllimin təlimi proqramını hazırlayaraq həyata keçirməlidirlər.

Xatırladaq ki, bu fənn uzun illər idi ki, yerli alimlərin fitvası əsasında qadağan edilmişdi.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az