Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

SƏUDİYYƏ ƏRƏBİSTANINDAN HANSI HƏRBİ TƏYİNATLI MƏHSULLAR ALA BİLƏRİK? – HƏRBİ EKSPERT AÇIQLADI

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq güclənir.

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb.

“Din.az” bildirir ki, Müdafiə Nazirliyindən “A24.Az”a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub. Azərbaycan nümayəndə heyəti qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Müdafiə nazirinin Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşünü və bu görüşün nəticəsinin Azərbaycan üçün hansı müsbət nəticələri olacaq?

Bu sualı A24.Az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, danışıqlar prosesindəki hərbi texniki əməkdaşlıq o deməkdir ki, Azərbaycan S.Ərəbistanından öz ehtiyacları, Silahlı Qüvvələrin ehtiyacları üçün müəyyən məhsulları əldə edəcək:

“Zakir Həsənovla Məhəmməd bin Salmanın görüşündə Azərbaycanla bağlı detallı olaraq hansı fikirlərin söylənildiyini bilməsəm də, amma bilirəm ki, müdafiə nazirimizlə Məhəmməd bin Salman iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq barədə söhbət ediblər. Və yaxın vaxtlarda Azərbaycan öz müdafiəsi və təhlükəsizliyi ilə bağlı S.Ərəbistanından müəyyən hərbi təyinatlı vasitələr alacaq. Bu daha çox tibb sahəsi, rabitə və mühəndis istehkamı və digər sahələrlə bağlı vasitərlə bağlı ola bilər. Bildiyiniz kimi S.Ərəbistanın imkanları çox genişdir. Və bu imkanlar vasitəsilə də Azərbaycan öz tələbatı üçün də müəyyən məsələləri həll edəcək. Ölkə başçısı da bu yaxınlarda bildirmişdi ki, öz silahlı qüvvələrimiz üçün lazım olan nə varsa, onları əldə edəcəyik. Bu fikrin içərisində Pakistan, S.Ərəbistanı, İsrail və digər ölkələr nəzərdə tutulurdu. Ona görə də Zakir Həsənovun bu ölkəyə səfəri hesab edirəm ki, Azərbaycan üçün çox vacib səfərlərdən biridir”.

Hərbi ekspertin fikrincə Azərbaycan S.Ərəbistanından sursat almayacaq:

“Bu səfər zamanı Azərbaycan Silahlı Qüvvələrinə lazım olan önəmli hərbi təyinatlı məhsullar (biz bu məhsulların adlarını açıqlaya bilmərik. Əvvəla ölkələr arasında müəyyən razılaşmalar var ki, tərəflər razılaşmanın şərtlərini açıqlamırlar. Hansı silah sursatla bağlı müqavilə bağlandığını bildirmirlər. Amma bir müddətdən sonra sözsüz ki, S.Ərəbistanı BMT-yə arayış təqdim etdikdə göstərəcək ki, misəl üçün Azərbaycana və yaxud da hər hansı bir ölkəyə hansı silahı və ya sursatı satıb) alınacaq. Düşünmürəm ki, S.Ərəbistanı ilə hərbi-texniki əməkdaşlıqda sursatdan söhbət getsin. Azərbaycan Müdafiə Sənayesi xətti ilə Silahlı Qüvvələrimizin tələbatı demək olar ki, tam şəkildə ödənilir. Amma digər lazım olan, hərbi təyinatlı məhsullar, hərbi tibb sahəsi ilə bağlı avadanlıqlar var ki, onların ancaq və ancaq ölkəyə gətirilməsi mümkündür. Azərbaycan bu məhsulların bir hissəsini S.Ərəbistanından əldə edəcək”.

Ü.Cəfərov belə məsələlər bağlı danışıqlarda hər kəsi diqqətli olmağa çağırdı:

“İki nazir arasında konkret söhbətin nədən getdiyi deyə bilmərəm. Ona görə ki, ən xırda bir ehtimal irəli sürsək, o dəqiqə Azərbaycana qarşı müəyyən kampaniyaya başlaya bilərlər ki, Azərbaycan hücum silahları alır və yaxud da başqa tipli silahlar. Müdafiə naziri adi, sıradan biri deyil. O əgər hansısa xarici bir ölkəyə səfər edirsə, ölkənin birinci şəxsləri ilə danışıq aparırsa, bu danışıqlarda sözsüz ki, ölkənin tələbatı üçün lazım olan avadanlıqlar alınacaq. Yaxın günlər ərzində bu haqda daha geniş bilgiyə malik olacayıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az