Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Səudiyyə Ərəbistanında İŞİD terrorçusu məhv edilib

İŞİD-ə qoşulması barədə məlumat olan şəxsin saxlanılması üçün əməliyyat keçirilib

Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən şəxsin saxlanılması üçün əməliyyat keçiriblər.

“Din.az” “Report”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı DİN-in nümayəndəsinin yaydığı məlumatda bildirilib.

“Bu gün təhlükəsizlik qüvvələrimiz paytaxt Ər-Riyad şəhərində İŞİD-ə qoşulması barədə məlumat aldığı şəxsin saxlanılması üçün əməliyyat keçirilib. Lakin o, polis əməkdaşlarına atəş açıb. Bundan sonra həmin şəxs zərərsizləşdirilib”,- məlumatda qeyd edilib.

Xəbərdə həmçinin təhlükəsizlik qüvvələrinin cinayətkarı müşayiət edən şəxsi saxladıqları və bu işlə bağlı tədqiqatın davam etdirildiyi vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az