Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SƏUDİYYƏ ƏRƏBİSTANI ŞAHZADƏSİ 300 ÇAMADAN VƏ 30 VELOSİPEDİ İLƏ BODRUMA GƏLDİ – FOTOLAR

Əl-Vəlid bin Təlal bin Abdüləziz əl Səud və ailəsinin təqribən bir həftə Bodrumda istirahət edəcək.

Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid bin Təlal bin Abdüləziz əl Səud və ailəsi istirahət etmək üçün Bodrum şəhərinə gəlib.

Din.az bildirir ki, şahzadə və ailəsinin də içərisində olduğu şəxsi təyyarə axşam saatlarında Milas-Bodrum hava limanına təhlükəsizlik qüvvələrinin müşayəti ilə eniş edib. Hətta təhlükəsizlik qüvvələri media nümayəndələrinə ərazidən görüntü və şəkil çəkməmələri üçün mane olublar.

Təyyarə eniş edəndən sonra havalimanında gözləyən 6 VİP avtomobil və şəhzadənin ailəsinin mindiyi avtobus polis və təhlükəsizlik qüvvələrinin müşayəti ilə ərazidən uzaqlaşıb. Lakin ailəyə aid 300 çamadan və 30 velosipedin də olduğu əşyalar isə işçilər tərəfindən uzun müddət yük maşınına boşaldılıb.

Deyilənlərə görə, Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid bin Təlal bin Abdüləziz əl Səud və ailəsinin təqribən bir həftə Bodrumda istirahət edəcək və şəxsi gəmiləri ilə dəniz turuna çıxacaqlar. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az