Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SƏUDİYYƏ ƏRƏBİSTANI HƏCC ZİYARƏTİ İLƏ BAĞLI: “HƏCC İBADƏTİNİN ÇİRKLƏNDİRİLMƏSİNƏ İCAZƏ VERMƏYƏCƏYİK”

“Həcc və ümrə zəvvarlarına ehtiyacları olan yardımları göstərməyə hazırıq”.

Səudiyyə Ərəbistanının Məscid-i Haram və Məscid-i Nəbəvi işləri üzrə sədri Sudeysi həcc və ümrə ziyarəti etmək istəyən müsəlmanlarla bağlı açıqlama verib.

Din.az-ın xəbərinə əsasən, sədr deyib ki, ziyarətçilərin təhlükəsizliyi Səudiyyə üçün aşılması mümkünsüz olan bir problemdir.

“Həcc ibadətinin çirkləndiriməsinə heç bir şəkildə icazə verməyəcəyik. Biz kimliyindən asılı olmayaraq bütün həcc və ümrə zəvvarlarına ehtiyacları olan yardımları göstərməyə hazırıq”.

Qeyd edək ki, Rəsmi Doha, Səudiyyə Ərəbistanının körfəz böhranı səbəbindən qətərli ziyarətçilərə əngəl yaratdıqlarını iddia etmişdi. / A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az