SƏUDİYYƏ ƏRƏBİSTANI DİNİ DÖVLƏTÇİLİKDƏN İMTİNA EDİR

Şahzadənin bu tituldan ölkədə teokratik sistemi ləğv etmək üçün imtina edəcəyini qeyd olunub.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Daxili İşlər naziri Məhəmməd bin Salman “Xadimul Harameyn” titulundan imtina edəcək.
Din.az xəbər verir ki, bu iddianı “Stratfor” səsləndirib. Qurum şahzadənin bu tituldan ölkədə teokratik sistemi ləğv etmək üçün imtina edəcəyini bildirib:
“Xadimul Harameyn” – “Məkkə və Mədinənin xidmətçisi” anlamını verir və adətən Səudiyyə hökmdarlarına aid edilir. Salmandan bir müddət öncə Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusif Uteybə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynin sekulyar Yaxın Şərq görmək istədiyini bildirmişdi”, – deyə məqalədə bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanında yumşaq çevriliş həyat keçirilmişdi. Nəticədə varis şahzadə Məhəmməd bin Nayifin yerinə Kral Salmanın oğlu, ikinci varis, 31 yaşlı şahzadə Məhəmməd bin Salman gətirilmişdi. Bu qərardan sonra Məhəmməd bin Nayif bütün vəzifələrindən də azad edilmişdi. / Axar.az