Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Səudiyyə 5 İran agentinə ölüm hökmü çıxara bilər

Turizm adı altında terrorçu fəaliyyəti…

Səudiyyə Ərəbistanında terrorçu fəaliyyətdə və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) casusluqda günahlandırılan 5 nəfərin məhkəməsi keçirilib.

Din.az bildirir ki, Səudiyyə Ərəbistanının yerli müxalif şiələrindən olan müttəhimlər Ər-Riyadın Qətif məntəqəsində turizm adı altında terrorçu fəaliyyətlə məşğul olmaqda ittiham ediliblər.

Məlumata görə, onlar müxalif şiə gənclərin İrana gedib SEPAH-ın düşərgələrində hərbi təlim keçməsini, daha sonra ölkəyə qayıdaraq terror törətməsini təşkil ediblər. Səudiyyə Ərəbistanının baş prokuroru beş müttəhimin hər birinə ölüm hökmünün çıxarılmasını tələb edib. Müttəhimlərin adları mediaya açıqlanmayıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az