Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Şərqi türküstanlı alim Çinin işgəncəsi altında şəhid oldu

Şərqi Türküstanda Çin zülmü davam edir.

Şərqi Türküstanın Kaşgar alimlərindən olan Əbdülhəmid Dabollam Çinin həbsi altında işgəncələrə dözə bilməyib şəhid oldu.

Din.az Türkiyənin “muslimport.com” saytına istinadən xəbər verir ki, bir müddət əvvəl ailə üzvləri və qohumları ilə birlikdə Çin polis qüvvələri tərəfindən həbs edilən Əbdülhəmid Damollam, Türküstanın elm hərəkatının rəhbərlərindən biri sayılır. O, Şərqi Türküstanda xarici dil məktəbləri açmış, lakin bu məktəblərdən bir çoxu Çin hökuməti tərəfindən bağlanmışdı.

Uzun müddətdən bəri Çinin təzyiqi altında İslamdan uzaqlaşdırılmaya çalışılan şərqi türküstanlılar həbsxanalarda dözülməz əziyyətlərə məruz qalırlar. Namaz qılmaq, oruc tutmaq və digər ibadətlərin qadağan edildiyi Şərqi Türküstanda müsəlmanlar dinlərindən uzaqlaşdırılır, onları Çin mədəniyyətinə qataraq türkçülüklərini yox etməyə çalışırlar.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az