Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

SƏHV VƏ GÜNAH ƏMƏLLƏRDƏ İNAD GÖSTƏRMƏK

İnsan olduğumuza görə səhvsiz olmağımız mümkün deyildir.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

Allahın ayələrinə lazımınca əhəmiyyət verib mənimsəmədiyimiz üçün bəzən müxtəlif səhv və günah əməllər edir, öz əlimizlə özümüzə zülm edirik.

Mömin mümkün qədər səhv və günahlardan uzaq olmalı, bu məsələlərdə olduqca diqqətli davranmalıdır. İnsan olduğumuza görə səhvsiz olmağımız mümkün deyildir. Buna görə də səhv günahlarımızı görüb nəfsimizlə üzləşməli, dərhal Allaha sığınaraq səmimi olaraq bağışlanma diləməli və etdiyimiz günahlarda inadkar davranmamalıyıq.

Quranda əsl mənada ləyaqətli möminlər haqqında belə buyurulur:

“Onlar utanc verən iş gördükləri zaman, yaxud öz nəfslərinə qarşı hər hansı pislik etdikləri zaman  Allahı xatırlayıb dərhal günahları üçün bağışlanma diləyənlərdir. Allahdan başqa günahları kim bağışlaya bilər? Bundan başqa onlar etdikləri pis əməldən sonra da inad göstərmirlər”. (“Ali-İmran” surəsi, 135)

Burada mühüm olan səmimi şəkildə Allaha yönəlmək, Ondan bağışlanma diləməkdir:

“Bəndələrindən tövbəni qəbul edən, pislikləri bağışlayan və etdiklərinizi bilən Odur” (“Şura” surəsi, 25).

Allahın bizi bağışlaması üçün səhvlərimizdən doğru olana yönəlməliyik: “Rəbbiniz nəfsinizdə (daxilinizdə) olanı ən yaxşı biləndir. Əgər siz ləyaqətli insan olub yaxşıya yönəlsəniz O, (səhvində inadkar davranmayıb) səhvindən dönənləri bağışlayar”. (“İsra” surəsi, 25)

Rəbbimiz qadağan etdiyi böyük günahlardan çəkindiyimiz müddətdə səhv və qüsurlarımızı bağışlayacağını buyurur:

“Çəkinməyiniz əmr edilən böyük günahlardan uzaq olsanız, qüsurlarınızı örtüb sizi şərəfli məqama yüksəldərik” (“Nisa” surəsi, 31).

Quranda əsl mənada iman gətirmiş insanların böyük günahlardan çəkindikləri ifadə edilir: “Onlar böyük günahlardan və həyasız davranışlardan çəkinir, bundan başqa, qəzəbli dövrlərdə də bağışlamaq kimi gözəl əməli nümayiş etdirirlər” (“Şura” surəsi, 37).

“Kiçik qüsurları xaricində böyük günahlardan və ədəbsizliklərdən çəkinənlərə gəldikdə, bil ki, Rəbbin çox bağışlayandır” (“Nəcm” surəsi, 32).

Əgər bu dünyada nəfsimizlə üzləşməsək və inadla həqiqəti görmək istəməsək, hesab günü çox peşman olub günahımızı etiraf edəcək, bu dünyadaykən axirətimiz üçün hazırlıq görmək istəyəcəyik:

“Belə ki, o gün imtahanı verə bilməyən insan həqiqəti xatırladıb etiraf edəcək, lakin bu xatırlamanın (etirafın) heç bir faydası olmayacaq və belə deyəcək:

“Ah, kaş (gələcək) həyatım üçün əvvəlcədən hazırlıq görərdim!” (“Fəcr” surəsi, 23-24)

Bu dünyada hələ də imkan var ikən, vicdanımızın səsinə qulaq asaq. Hesab günü peşmançılığın heç bir faydası olmayacaq. Odur ki, bu dünyada şahidlik və etiraf edək, günahlarımızda inad göstərməyək:

“Ey Rəbbimiz! Günahlarımıza görə bizi bağışla, pisliklərimizi sil və əsl ləyaqət sahibləri kimi canımızı al!” (“Ali-İmran” surəsi, 193)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az