Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ “ŞƏHADƏT” FİLMİ – FOTOLAR

Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlardan bəhs edən film….

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv xarakter daşıyan “Şəhadət” sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Komitənin, DTX, Müdafiə və Daxili İşlər Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının (YAP) fəal gəncləri, həmçinin dini icma nümayəndələri iştirak ediblər.

Film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalan, bir sıra xarici ölkələrdəki ekstremist – terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunub. Ekran işinin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Komitənin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.//Trend

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az