Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Şəhid və qazi övladlarının Çanaqqala səfəri başlayıb

25 nəfər şəhid və qazi övladı şəhid məzarlarını, tarixi məkanları ziyarət edəcəklər.

Din.az bildirir ki, bir qrup azərbaycanlı şəhid və qazi övladı Türkiyəyə səfər edib. Səfər Türkiyə səfirliyinin Kültür və Tanıtma Müşavirliyinin dəstəyi ilə təşkil edilib. “Qazi Uşaqlarıyla Çanaqqala Gəzintisi”nin reallaşmasında Azərbaycan Qazi Qadınlar Dərnəyi də yaxından iştirak edib.

Səfər əsnasında 25 nəfər şəhid və qazi övladının İğdırdan Çanaqqqalaya qədər səyahət etməsi, şəhid məzarlarını, tarixi məkanları ziyarət etməsi nəzərdə tutulub.
Türkiyə səfirliyi qarşısında 13 sentyabr tarixində yola çıxan şəhid və qazi övladları İğdır soyqırım abidəsini ziyarət ediblər. Səfər iştirakçılarının 18 sentyabrda Çanaqqalada olması planlaşdırılır. Onların 19 sentyabr Qazilər Günün tədbirlərində iştirakı da nəzərdə tutulur.

Azərbaycanlı uşaqlar Manisa, Afyon, İzmirə də səfər edəcək, oradakı şəhidlikləri, tarixi yerləri ziyarət edəcəklər. Şəhid və qazi övladları Çanaqqala səfəri sentyabrın 22-də başa çatacaq. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az