Şəhid Mübariz İbrahimovun şərəfinə medal təsis edildi

Mübariz İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır.
Azərbaycan Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib.
Din.az bildirir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Alyansın sədri Elmar Məmmədov məlumat verib.
“M.İbrahimovun şərəfinə medalın təsis olunması Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub”, – E.Məmmədov bildirib.
O vurğulayıb ki, Mübariz İbrahimovun adı Azərbaycanın hüdudlarından kənarda geniş tanınmalıdır. / Publika.az