Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

SƏFİR: “AZƏRBAYCAN FETÖ-YƏ QARŞI MÜBARİZƏDƏ DAİM TÜRKİYƏYƏ DƏSTƏK VERİB”

“Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür”.

“Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib”.

Din.az APA TV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, 15 iyul çevrilişə cəhd gecəsi Azərbaycan prezidenti İlham Əliyev dərhal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib: “Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Terrora qarşı mübarizədə Azərbaycanı yanımızda görməklə böyük güc hiss edirik”.

Diplomat dövlət çevrilişinə cəhd zamanı 249 nəfərin şəhidlik zirvəsinə ucaldığını xatırladıb: “Həmin gecə 2000-dən artıq vətəndaşımız yaralanıb. O gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Dövlət çevrilişinə cəhd edənlər insanlıq hisslərini itirərək, sadəcə, Pensilvaniyadan əmr almaqla robot kimi hərəkət ediblər”.

E.Özoral qeyd edib ki, 15 iyul Türkiyə demokratiyası üçün mühüm sınaq olub: “Türkiyə vətəndaşları tək ürək, tək bədən oldu. Çevrilişə cəhd edənlər özünü Məsih, peyğəmbər elan etmiş bir adamın qullarına çevriliblər. Bildiyiniz kimi, FETÖ terror təşkilatı Türkiyənin xaricində də şəbəkələşib. Türkiyə xaricində də FETÖ-ya qarşı layiqli mübarizə aparılır. Azərbaycan bu mübarizədə daim Türkiyəyə dəstək verib”.

Türkiyə səfiri ermənilərin cəbhə xəttindəki təxribatlarını qəti şəkildə qınayıb: “İyulun 4-də ermənilərin açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı azərbaycanlı qızın və onun nənəsinin ölümü ilə əlaqədar başsağlığı verirəm”.

Səfir Ermənistanın belə hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az