Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Sebastyan Kurz: Baş örtüyü məsuliyyətini qəbul etmirik

Avropa İslamın rəmzlərilə heç cür barışa bilmir.

Türkiyənin səlahiyyətli şəxslərinin iştirak edəcəyi referendum tədbirini ləğv edən Avstriya, indi də Avstriya İslam Cəmiyyətinin dərc etdiyi baş örtüyü ilə bağlı fitva mətninə qarşı çıxdı.

“Din.az” Türkiyənin “timeturk.com” saytına istinadən xəbər verir ki, Avstriya İslam Cəmiyyətinin uşaqlıq dövrünü arxada qoyan müsəlman qadınların başlarını örtmələrilə bağlı fitva mətninə etiraz edən Avstriyanın xarici işlər və inteqrasiya naziri Sebastyan Kurz deyib: “İnteqrasiya naziri kimi açıq şəkildə demək istəyirəm ki, baş örtüyü məsuliyyətini qəbul etmirik”.

İslami Düşüncə Cəmiyyətinin rəhbəri İbrahim Olgun məsələ ilə bağlı açıqlamalar verib. O, Avstriya mətbuatının bu məsələdə səhvə yol verdiyini qeyd edərək İslam Cəmiyyəti Fitva Qurumunun, baş örtüyünün İslam dinində yerinin olub olmaması ilə bağlı suala cavab kimi verdiyi açıqlamanın tamamilə başqa istiqamətə çəkildiyini bildirib.

İbrahim Olgun fikirlərini belə davam etdirib: “Burada müsəlmanlara dini mövzularda məlumat vermək və fitva vermək bizim vəzifəmizdir. Bu məsələdə başqalarının müdaxilə etmək haqqı yoxdur. Biz siyasi sahəyə qarışmadığımız kimi, siyasi partiyalar və media da dini inanclarımıza qarışmamalıdır”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az