Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Satanistlər müsəlman məzarlığında baş daşlarından xaç düzəltdi… -FOTO /VİDEO

80 müsəlman qəbri dağıdılaraq cəsədlər çıxarıldı.

Əcaib-qəraib “hellouin” bayramı ərəfəsində Cənubi Afrika Respublikasının(CAR) paytaxtı Keyptaunda müsəlman qəbirləri kütləvi şəkildə təhqirə məruz qalıb.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, xarici İslam saytlarının yaydığı məlumata görə, bu haqda mediaya CAR Müsəlman Şurasının sədri Riad Fatar açıqlama verib.

80 müsəlman qəbri dağıdılaraq cəsədlər çıxarılıb, baş və sinə daşları yerindən götürülərək onlardan nəhəng xaç fiquru düzəldilib. Çox sayda məzarın təhqir olunması göstərir ki, bu dözülməz və rəzil vandalizm aktı bir qrup şəxs tərəfindən törədilib.

Şeyx Fatarın sözlərinə görə, “hellouin” ərəfəsində bunu törədənlər, çox güman ki, şeytana sitayiş edən satanistlər sektasıdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az