Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Sara Sanders: Tramp Gülənin ekstradisiyası ilə bağlı Türkiyəyə təminat verməyib

ABŞ Fətullah Gülənin Amerikadan ekstradisiyasına razı olacaq?

ABŞ prezidenti Donald Tramp FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Amerikadan ekstradisiyası ilə bağlı Türkiyə hökumətinə təminat verməyib.

Din.az xəbər verir ki, bu bəyanatla çərşənbə axşamı Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib.

“Onun dediyi yeganə şey ondan ibarətdir ki, biz [ekstradisiya məsələsini] nəzərdən keçirdirik, hazırda əlavə etməli bir şey yoxdur”, – deyə Sanders Trampın Gülənin mümkün ekstradisiyası ilə bağlı Türkiyə hökumətinə təminat verib-verməməsi ilə bağlı suala cavabında bildirib.

Daha əvvəl Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşı ABŞ prezidenti Donald Trampın G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürmədiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az