Şanlıurfa məscidlərində Ramazan yuxusu – FOTO

Məscidlər daha sərindir…
Türkiyənin Şanlıurfa əyalətində oruc tutan bir çox insan bürkülü istilər səbəbiylə məscidlərdə yataraq iftar saatını gözləyir.
“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfada günün altında havanın 36 dərəcəyə qalxan istiliyi günlük həyata mənfi təsir edir.
Ramazanla birlikdə isti havanın təsirindən qurtulmaq istəyənlər ibadət üçün getdikləri Dərgah və Həsən Paşa məscidində namaz qıldıqdan sonra vaxtlarının böyük hissəsini Qurani Kərim oxuyub, daha sonra səccadənin üzərində yataraq keçirirlər.
Məscidlər sərindir…
Mərkəzi soyutma sisteminin olduğu məscidlərdə sərin havanın olması səbəbiylə bir sonrakı namaz vaxtına qədər yatan oruclu vətəndaşlar məscidlərdə maraqlı görüntülər meydana gətirib.