Sahurda 1 stəkan süd içmək… – Orqanizm qazanır, yoxsa itirir?

Bir stəkan süd içmək insanı 5 saat tox tutur.
Sağlam şəkildə oruc tutmaq ilk olaraq sahura qalxmaqla başlayır. Sahurda süd içmək isə insana toxluq hissi qazandırır.
Din.az bildirir ki, bununla bağlı türkiyəli dietoloq Nəriman İnanç öz məsləhətlərini paylaşıb.
O bildirib ki, protein tərkibi yüksək olan qidalar mədənin boşalma müddətini uzadaraq acımanı gecikdirir. Süd protein tərkibi yüksək olan qida olduğu üçün özümüzü tox hiss etməyimizə kömək edir. Həm də bədənimizin suya olan ehtiyacını təmin etməyə dəstək olur.
Amerikalı elm adamları insan bədəninin aclığa olan ehtiyacını azaldan qidalar arasında ilk olaraq südü göstərir. Belə ki, bir stəkan süd içmək insanı 5 saat tox tutur. Bədəndə enerji ehtiyacının qarşılanmasına kömək edir, tərkibindəki yağın da mədədə qalaraq uzun müddət toxluq hissinin davam etməsinə səbəb olur. Həmçinin süd Ramazanda isti havalarda tərlə itirilən kalsiumun, mineral və vitamin balansının bərpa edilməsinə dəstək olur.