Rusiyanın Sudandakı səfiri evində ölü tapıldı

Səfir öz evində ölü tapıldı.
Rusiyanın Sudandakı səfiri Hartum şəhərində öz evində ölü tapılıb.
Din.az-ın A24.az-a istinadən verdiyi məlumata görə, hadisə haqqında “Al-Arabiya” telekanalı xəbər yayıb.
Hadisənin təfərrüatları hələlik bildirilmir.
Qeyd edək ki, Rusiyanın Sudana təyin etdiyi səfir Mirqayas Şirinskidir.